Binəqədidə 37 yaşlı kişinin meyiti tapılıb. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə “Motodrom”da qeydə alınıb. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Ağdam rayon sakini Ramiz Bağırov olduğu müəyyən edilib.
Cəsədin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Araşdırma aparılır.