Paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində gənc qız itkin düşüb. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
18 yaşlı Vüsalə Abdullayeva Binəqədi qəsəbəsində yaşadığı evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb.
Faktla bağlı araşdırmaya başlanılıb.