Paytaxtın Binəqədi rayonunda avtomobildən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Q.İbrahimli rayon ərazisində dayanan “Toyota” markalı avtomobildən içərisində pul olan pulqabı, 2 ədəd yaddaş kartı və 1500 AZN dəyərində fotoaparat oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.