Paytaxtın Binəqədi rayonunda piyada qadın avtoqəzaya düşüb. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
56 yaşlı Sevinc Mustafayeva avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Təfərrüatlar araşdırılır.