Bacısını öldürən qardaş barəsində cinayət işi açılıb. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az prokurorluğa istinadən xəbər verir.
56 yaşlı Azər Əfəndiyev bacısı 58 yaşlı Məlahət Əfəndiyevanı mübahisə zamanı vurub. Qadın yıxılaraq müxtəlif xəsarətlər alıb və yerində dünyasını dəyişib.
Binəqədi rayon prokurorluğunda ehtiyatsızlıqdan adam öldürmə maddəsi üzrə cinayət işi açılıb. Daha öncə qardaşın bacısını öldürməsi barədə məlumat verilmişdi.