Bakının Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən “Bolmart” supermarketində yanğın hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az məlumat verir.
Şahidlərin sözlərinə görə, alışma mağazanın lövhəsinə gedən elektrik naqillərində qısaqapanma nəticəsində yaranıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar.
Yanğın qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb. Mağazanın digər hissələrinə ziyan dəyməyib.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/07/img_9244_1.mp4"][/video]