top
Smartfonlar yuxumuzu oğurlayır – Səhiyyə Nazirliyinin mütəxəssisindən xəbərdarlıq
07 may 2026, 11:40
- ↺ +

"Smartfonlar yuxumuzu oğurlayır" – Səhiyyə Nazirliyinin mütəxəssisindən xəbərdarlıq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Yuxu beynin və orqanizmin bərpası üçün həyati əhəmiyyət daşıyır. Lakin telefon və sosial şəbəkələrin gecə istifadəsi yuxu keyfiyyətini pozur. Smartfon ekranlarından yayılan qısa dalğalı mavi işıq retinal reseptorlar vasitəsilə epifiz vəzində melatonin hormonunun sintezini azaldır. Melatonin yuxu-oyanıqlıq ritminin tənzimlənməsində əsas rol oynayır. Onun azalması yuxuya keçidi gecikdirir və dərin yuxu fazalarının strukturunu dəyişdirir. Bu isə səhər yuxudan oyandıqda yorğunluq, diqqət dağınıqlığı və emosional gərginlik kimi simptomlarla müşayiət olunur".

Bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" efirində nevropatoloq Kəmalə İsmayılova açıqlayıb. Onun sözlərinə görə, sosial şəbəkələrdə davamlı məlumat əldə etmək və davamlı mesaj yazmaq beyində dopamin sintezini artırır: "Dopamin beyində və bədəndə çox vacib rol oynayan neyrotransmitterdir və insanın müsbət stimullara yönəlməsini təmin edir. Davamlı stimullaşma tolerantlıq yaradır. İstifadəçi daha çox stimula ehtiyac hiss edir və nəticədə telefon qarşısında keçirdiyi vaxt artır. Bu isə yuxu müddətinin azalmasına, yuxunun keyfiyyətinin pozulmasına və gündüz yorğunluğuna səbəb olur.

Bundan əlavə, sosial şəbəkələrdəki xəbər axını və informasiya çoxluğu emosional gərginliyi artırır. Stress, təşviş və narahatlıq yuxu strukturunu pozur, xüsusilə dərin yuxu fazasını zəiflədir. Belə hallarda yuxusuzluq, yuxuya getməkdə çətinlik və tez-tez yuxudan oyanma halları daha çox müşahidə olunur. İnsan beyni gündəlik informasiya axınına öyrəşdiyi üçün yuxu zamanı da bu məlumatları emal etməyə çalışır. Nəticədə yuxu dərinliyini qorumaq çətinləşir və bərpaedici proseslər tam baş vermir".

Kəmalə İsmayılova bildirib ki, yuxu keyfiyyətinin pozulması yalnız fiziki yorğunluğa səbəb olmur, həm də koqnitiv funksiyalara təsir edir: "Diqqətin dağılması, yaddaşın zəifləməsi, emosional sabitliyin pozulması və qərar qəbul etmə bacarığının zəifləməsi müşahidə olunur. Gecə telefon istifadəsi həmçinin gündüz saatlarında əhval-ruhiyyə dəyişikliklərinə, əsəbilik və təşviş hallarının artmasına səbəb ola bilər. Buna görə də gecə saatlarında ekran qarşısında çox vaxt keçirmək uzunmüddətli olaraq yuxu strukturunu pozur və sağlam həyat tərzinə ciddi təsir göstərir.

Yuxunun bərpaedici funksiyası pozulduqda orqanizm daha tez yorulur, immun sistemi zəifləyir və gündəlik fəaliyyət üçün enerji səviyyəsi azalır. İnsan özünü daim yorğun, diqqəti dağılmış və emosional olaraq gərgin hiss edə bilər. Belə hallarda yuxu rejiminin pozulması ilə yanaşı, sosial fəaliyyətlərdə iştirak da azalır. Diqqət tələb edən tapşırıqlar çətinləşir və uzunmüddətli dövrdə həyat keyfiyyəti əhəmiyyətli dərəcədə təsirlənir".

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər