top
Referilərimiz öz üzərlərində işləyirlər - Asim Xudiyev hakim səhvləri barədə DANIŞDI
07 may 2026, 16:20
- ↺ +

"Referilərimiz öz üzərlərində işləyirlər" - Asim Xudiyev hakim səhvləri barədə DANIŞDI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son vaxtlar Misli Premyer Liqasında yaşanan hakim qalmaqalları Azərbaycan futbolunda ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev mövcud vəziyyətlə bağlı fikirlərini İdman.biz-lə bölüşüb.

O bildirib ki, azərbaycanlı hakimlərin əksəriyyəti hələ formalaşma mərhələsindədir və gərgin mövsüm ərzində təcrübə toplayırlar:

"Bizdə təcrübəli hakimlər olsa da, əsas yük daha çox gənc nəslin üzərinə düşür. Hər sahədə olduğu kimi, burada da səhvlər olur. Azərbaycan hakimləri təcrübə topladıqca səhvləri minimuma endirməyə çalışırlar. Düşünürəm ki, onlar hər şeyi anlayır və öz üzərlərində işləyirlər. Əminəm ki, mövsümün sonuna yaxın hakimlər daha diqqətli və obyektiv olacaqlar, klubların da narazılığı azalacaq. Bu mövsüm çempionatda rəqabət kifayət qədər gərgindir. Bir neçə komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Belə qarşılaşmalarda hakimlərin maksimum diqqətli və ədalətli qərarlar verməsi vacibdir. Çempionatın həlledici mərhələsində hakimlərimizə uğurlar arzulayıram".

Asim Xudiyev əlavə edib ki, mübahisəli hakim qərarlarına təkcə Azərbaycanda deyil, bütün dünyada, o cümlədən Çempionlar Liqası və FIFA turnirlərində də rast gəlinir.

O vurğulayıb ki, Azərbaycan hakimləri "Qarabağ" - "Neftçi", "Sabah" - "Qarabağ" və "Zirə" - "Kəpəz" kimi bir sıra oyunları yüksək səviyyədə idarə ediblər.

Təcrübəli mütəxəssisin sözlərinə görə, Azərbaycan futbolunun müxtəlif liqalarında hakimlik səviyyəsi arasında ciddi fərq yoxdur.

O bildirib ki, əsas fərq klubların oyun səviyyəsində hiss olunur və bu göstəricilər daha yüksək ola bilər:

"Əlbəttə, bu mövsümün əsas sürprizi "Sabah" oldu. Komanda klub tarixində ən yaxşı nəticəni əldə edib və biz onları bu uğur münasibətilə təbrik edirik. "Zirə" və "Turan Tovuz" da yüksək yerlər uğrunda mübarizə aparan əsas komandalar sırasındadır. Düşünürəm ki, növbəti mövsüm daha maraqlı olacaq, çünki digər klublar da rəqabətin nə demək olduğunu hiss etdilər".

Son xəbərlər

Xəbər
Bu gün, 17:55

Yemək bişirmədiyi üçün təzə evləndiyi arvadını döydü

Xəbər
Bu gün, 16:45

Bakıda həyat yoldaşını döyən kişi 1200 manat cərimələndi

Xəbər
Bu gün, 16:17

Bakıda iki avtobus marşrutunun hərəkət sxemləri dəyişdirilib

Siyasət
Bu gün, 14:35

İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib

Siyasət
Bu gün, 13:19

Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir

Siyasət
Bu gün, 12:59

Niderland vətəndaşlarının İrandan təxliyəsinə görə Prezidentə təşəkkür etdi

Xəbər
Bu gün, 11:45

Subaylar üçün xüsusi alış-veriş səbətləri: Bakıda da belə bir yenilik olsun?

Xəbər
Bu gün, 11:00

Lev Tolstoyla görüşən maştağalı - Azərbaycanın ilk Xalq artisti

Siyasət
Bu gün, 10:51

Rövşən Nəcəf Everestə qalxıb

Xəbər
Bu gün, 09:45

Yeni Ramana küçəsi BAĞLANIR

Xəbər
Bu gün, 09:36

DİN: Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib

Xəbər
Bu gün, 09:10

Paytaxtın bir hissəsində qaz olmayacaq

Xəbər
Bu gün, 09:05

Bakının bəzi küçələrində işıq kəsiləcək

Xəbər
Bu gün, 08:56

Bakıda 14 yolda tıxac var

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Oxşar xəbərlər