Müğənni Akif İslamzadə hazırda Mərkəzi Gömrük Hospitalında müalicə alır.
Bu barədə apa.az-a onun oğlu Ayxan İslamzadə məlumat verib.
"Dünən axşam ürəyinə stent qoyulub. Hələlik həkimlər vəziyyəti ilə bağlı dəqiq məlumat verməyiblər", - Ayxan İslamzadə bildirib