Bakıda cəzaçəkmə müəssisələrinin birində məhkum olunmuş Ziyəddin Seyidov dünyasını dəyişib. Bu haqda bu gün, 19 dekabr tarixində Lent.az məlumat verib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Ziyəddin Seyidov 2020-ci il iyun 16-da qətl törətmişdir. İtkin düşən Bakı şəhər sakini Nazim Musayevin dostu Ziyəddin Seyidov tərəfindən qətlə yetirildiyi müəyyən edilmişdir.
Z.Seyidov dostunu öldürdükdən sonra izləri gizlətmək məqsədilə meyiti basdırmışdır.