Dubaydan paytaxta külli miqdarda qızıl-zinət əşyaları gətirmək istəyiblər. Bu haqda bu gün, 14 avqust tarixində Bakuplus.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Dubay-Bakı aviareysi ilə gələn 3 nəfər Azərbaycan vətəndaşı bəyan etmədən ölkəyə 252.502 AZN dəyərində brilyant, qızıl və sairə qiymətli əşyalar keçirmək istəyiblər. Şübhəli şəxslər saxlanılaraq barələrində cinayət işi açılıb.
Araşdırmalar davam edir.