Ekologiya postunda narkotik təsiri altında avtomobil sürən sürücü saxlanılıb. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qabil Əliyev “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman paytaxtın Binəqədi rayonunda yerləşən Ekoloji Nəzarət postunda yoxlama məqsədilə saxlanılıb. Onun sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhələr yaradıb. Müayinə zamanı onun narkotik maddə qəbul etdiyi məlum olub.
Nəticədə sürücü məsuliyyətə cəlb olunub, onun barəsində sənədlər məhkəməyə verilib.
[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2023/02/video-whatsapp-2023-02-01-v-17.01.47-2.mp4"][/video]