Ötən gün ərzində Xəzərdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub. Bu haqda bu gün, 10 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisələr Bakı və Abşeron yarımadasında “Buzovna”, “Bilgəh-2”, “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində və “Bilgəh” qeyri-çimərlik ərazisində qeydə alınıb.
Ölkə ərazisində daha bir hadisə “Astara” sularda xilasetmə məntəqəsinin ərazisində qeydə alınıb. Hər 6 şəxs FHN-in əməkdaşları tərəfindən sudan çıxarılaraq xilas olunub.