Həbsdə olan məhkumun Bakıda gizlətdiyi narkotiklər tapılıb. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən məlumat verir.
Bakı İstintaq Təcridxanasında saxlanılan və 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Ceyhun Cəfərzadəyə məxsus narkotiklər aşkarlanıb. Keçirilən əməliyyat zamanı Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 100 ünvanında yolun kənarında gizlədilmiş 300 qram metamfetamin və heroin tapılıb.
Faktla bağlı araşdırma aparılır.