Heydər Əliyev prospektində qəza baş verib. Bu haqda bu gün, 6 fevral tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Hadisə prospektin əsas yolunda, “Koroğlu” istiqamətində olan hissəsində baş verib. Nəticədə ərazidə sıxlıq yaranıb.
Polis əməkdaşları sıxlığın qarşısını almaq üçün müvafiq addımlar atırlar.