"Cathay Pacific" aviaşirkətinin Sürix-Honkonq reysini yerinə yetirən hava gəmisi Bakı Hava Limanına təcili eniş edib. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az məlumat verir.
Təyyarənin komandiri sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanına təcili eniş sorğusu göndərib. “Airbus A350” təyyarəsi ötən gün, yerli vaxtla saat 21:29-də Bakı Hava Limanına enib.
Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib.