Azərbaycanın Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci ildən axtarışda olan Oman Respublikasının vətəndaşı saxlanılıb. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Oman Sultanlığının vətəndaşı Zakariya Abdullah Hassan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq törədib, məsuliyyətdən yayınmağa cəhd göstərərək təqsirləndirilən şəxs qismində cəlb edilib. Belə ki, o, 3 ilə yaxın respublikanın digər bölgələrində olduğu kimi paytaxtda da gizlənib.
Qəbələ RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhərində olduğu müəyyən edilib, o, tutulub.