Bakı Metropoliteninin “Koroğlu” stansiyası ərazisində yerləşən mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə iyulun 23-də baş verib. Metropolitendə Polis İdarəsinə daxil olan məlumata görə, mağazaların birində satıcının mobil telefonu oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində mobil telefonu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş X.İsmayılov saxlanılıb. Araşdırmalarla onun “oğurluq” maddəsi ilə axtarışda olması da müəyyən olunub.