Metroda tüstülənmə baş verib. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Bakı Metropoliteninə istinadən xəbər verir.
Hadisə metronun “20 Yanvar” stansiyasında qeydə alınıb. Qurumdan verilən məlumata əsasən, tüstülənmə havalandırma şaxtasının köşkü yaxınlığındakı obyektlərin birində baş vermiş yanğın səbəbindən olub.
Şaxtadakı güclü ventilyatorların iş rejimi operativ şəkildə dəyişdirilərək, tüstü və qoxunun təsiri ən qısa zamanda aradan qaldırılıb.