Nəsimi rayonunun Azadlıq prospektində yerləşən yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Nəsimi rayonunun Azadlıq prospektində yerləşən yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində baş verib. Nəticədə ümumi sahəsi 105 kv.m olan mənzilin eyvanında soyuducu, kondisioner, qaz sobası və plastik pəncərə çərçivəsi yanıb, tavan deformasiyaya uğrayıb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar.