Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Bu haqda 6 yanvar tarixində Report məlumat verib.
Hacıqabul stasionar postunda nəzarət-yoxlama zamanı Bakı şəhər sakini Habil İmanquliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil saxlanılıb. Yoxlama zamanı məlum olub ki, sürücü, avtomobili narkotikin təsiri altında idarə edib.
Habil İmanquliyevə qarşı İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 342-ci maddələri ilə protokollar tərtib olunub və o, 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.