Yasamal rayonunda bir neçə gün əvvəl saxlanılan əvvəllər dəfələrlə məhkum olunmuş 51 yaşlı Məhəmməd Əliyevin daha iki qadının çantasından pul oğurladığı məlum olub. Bu haqda bu gün, 11 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Araşdırmalar zamanı məlum olub ki, o, paytaxt ərazisində daha iki qadının çantasından içərisində pul, sənəd və bank kartları olan pulqabılarını oğurlayıb.
Araşdırma davam edir.