Regionlarda enerji blokları oğurlayan dəstə tutulub. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Nəsimi Qurbanov, eləcə də Sumqayıt şəhər sakinləri Vüqar Məmmədov, Rəşid Behbudov, Sahib Şirəliyev müxtəlif vaxtlarda işlədikləri mobil operator şirkətinin 30.000 AZN-ə yaxın ümumi dəyəri olan enerji bloklarını oğurlamaqda şübhəli bilinirlər.
Onlar törətdikləri əməli etiraf ediblər. Faktla bağlı cinayət işi açılıb.
[caption id="attachment_106499" align="alignnone" width="640"]
Foto Report.az[/caption]
[caption id="attachment_106497" align="alignnone" width="640"]
Foto Report.az[/caption]