Zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən Bakı sakinləri ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırmalara başlanılıb. Bu haqda bu gün, 14 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
AQTA-nın verdiyi məlumata görə, onlar səfər edən zaman ev şəraitində hazırladıqarı və yol kənarından aldıqları qida məhsullarından yeyiblər. Geri qayıdan zaman yolda vəziyyətləri pisləşib və təcili tibbi yardıma müraciət ediblər. Tibbi yardım göstərildikdən sonra onlar xəstəxanadan evə buraxılıblar. Araşdırmalar davam edir.
12:16 - Paytaxt sakinləri zəhərlənmədən xəstəxanaya yerləşdirliblər
Bakı sakinləri zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Bu haqda bu gün, 14 avqust tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Qəbələdə istirahətdən qayıdan paytaxt sakinlərinin yolda halları pisləşib. 36 yaşlı Fidan Adıgözəlova, 29 yaşlı Bikəxanım Süleymanlı, 71 yaşlı Sidiqə Sultanova və 13 yaşlı Soltanəli Məmmədli zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. Onların qidadan zəhərləndikləri ehtimal olunur.
Faktla bağlı araşdırmaya başlanılıb.