Qarabağ müharibəsinin iştirakçısına qarşı dələduzluq edən şəxsə qarşı cinayət işi açılıb. Bu haqda 6 yanvar tarixində Baku.ws məlumat verib.
Əhliman Qurbanov 2018-ci ildə Birinci Qarabağ müharibəsi iştirakçısına vəzifədə işləyən səlahiyyətli tanışı vasitəsilə əlillik dərəcəsinin alınmasında köməklik göstərəcəyini yalandan vəd edib və bu məqsədlə qazidən 16.000 manat məbləğində pul alaraq mənimsəyib.
Əhliman Qurbanov Cinayət Məcəlləsinin “Xeyli miqdarda ziyan vurmaqla dələduzluq” və “rüşvət verməyə təhrikçilik” maddələri ilə ittiham olunub. Cinayət işi, baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.