Azərbaycan Dövlət İqtisad Universiteti kadr itkisi ilə üzləşib. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az universitetə istinadən xəbər verir.
Xarici dillər kafedrasının dosenti Sevinc Azadəliyeva dünyasını dəyişib. Onun hansı səbəbdən vəfat etdiyi məlum deyil.
“Sevinc xanımın vəfatından dərin kədər hissi duyuruq, doğmalarına və əzizlərinə səbr diləyirik!” - deyə təhsil ocağının sosial şəbəkə hesabında paylaşım edilib.