Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrinin birində qadın məhkum olub. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
63 yaşlı Nailə Apayevanın xəstəlikdən öldüyü bildirilir.
Apayeva 2014-cü ildə rəfiqəsinin başına çəkiclə vuraraq öldürüb. O, ABŞ səfirliyinin balansında olan tibb müəssisəsində işləyirmiş. Həbs edildikdən sonra o, intihara cəhd edib, lakin onun həyatı xilas etmək mümkün olub.