İri qida şirkətlərinə kiberhücumlar edən dəstə tutulub. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Murad Rzayev, İbrahim Ələsgərov və Elvin Əliməmmədov xüsusi alqoritmlərdən istifadə edərək şirkətlərin serverlərinə daxil olub, oradakı məlumatları ələ keçiriblər. Daha sonra onlar həmin məlumatları 60.000 AZN-ə satmaq istəyiblər. Bundan əlavə, kibercinayətkarlar daimi məlumat ötürəcəklərini vəd edərək hər ay 10.000 AZN tələb ediblər.
Sözügedən 3 nəfər saxlanılıb. Onlar barəsində cinayət işi açılıb.