Bakının Suraxanı rayonunda gənc oğlan yol qəzasında xəsarət alıb. Bu haqda bu gün, 4 fevral tarixində Report məlumat verib.
23 yaşlı Namiq Baxşəliyev idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çarpıb.
Hadisə yerinə təcili tibbi yardım cəlb olunub, yaralı kəllə-beyin travması və baş-beyinin ağır dərəcəli əzilməsi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.