Bakının Suraxanı rayonunda 18 yaşlı gənc oğlanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 14 fevral tarixində Report məlumat verib.
Rayon ərazisində iki avtomobil toqquşub. 18 yaşlı İltifat Baxşəliyev ağır xəsarət alıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.