Paytaxtın Suraxanı rayonunda yeniyetməni avtomobil vurub. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
11 yaşlı S.Qurbanov avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada sol baldırın sınığı ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.