Bakıda ötən gün 4 nəfər batmaqdan xilas olunub. Bu haqda bu gün, 14 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisələr Nardaran, Bilgəh və Şıx qəsəbələrində baş verib. Nardaranda çimərlik ərazisində, Bilgəhdə nəzarətsiz çimərlikdə, eləcə də Şıx çimərliyi ərazisində ümumilikdə 4 nəfər batmaqdan xilas olunub.
Onların hər birini FHN-in əməkdaşları xilas ediblər.