Ucarda güllələnən şəxs Bakıya göndərilib. Bu haqda bu gün, 18 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Ucar rayonunun Ramal kəndi ərazisində yerləşən çayxanada baş verib. Kənd sakini Xəlil Xəlilzadə ehtiyatsızlıqdan tir tüfəngindən atəş açaraq Alpout kənd sakini, 33 yaşlı Tural Tağıyevi güllələyib. Göyçay xəstəxanasında müalicə alan yaralı daha sonra Bakıda yerləşən Ağciyər Xəstəlikləri İnstitutuna göndərilib.
Hazırda onun müalicəsi davam edir.