Dənizdə batmaqda olan 2 nəfər xilas olunub. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Xəzər rayonu, “Zuğulba-3” və “Bilgəh” çimərliklərində 2 nəfər qəfil boğulmağa başlayıb. Hadisə yerinə cəlb olunan FHN əməkdaşları həmin şəxsləri xilas etməyi bacarıblar.