Bakı metrosunun Bənövşəyi xəttində yerləşən "Xocəsən" stansiyasında texniki səbəblərdən yüksək gərginliyin itməsi qeydə alınıb. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Hadisə sınaq xarakterli ilk qatar yola salındıqdan sonra baş verib. Nəticədə qrafik üzrə növbəti qatar stansiyadan 20 dəqiqəlik yubanma ilə yola salınıb.
Baş vermiş hadisə ilə bağlı texniki araşdırma aparılır.