Paytaxtın Yasamal rayonu, Əhməd Cəmil küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az xəbər verir.
Adıçəkilən küçədə “Hyundai” markalı avtomobilin qabaq sağ təkəri qırılıb. Nəticədə nəqliyyat vasitəsi yolun ortasında qalıb. Bildirilir ki, avtomobil sərt manevr etdiyindən təkər qırılıb.
Faktla bağlı araşdırma aparılır.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/02/1.mp4"][/video]