Paytaxtın Yasamal rayonunda yeniyetmə qızı avtomobil vurub. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
17 yaşlı Rəhimə Həmidova avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.