Bakının Yasamal rayonunda motosikletçi vurulub. Bu haqda bu gün, 1 fevral tarixində Report məlumat verib.
26 yaşlı Sahil Osmanov idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub. Hadisə yerinə təcili tibbi yardım cəlb olunub, yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.