Bakının Yasamal rayonunda yol qəzasında piyada ölüb. Bu haqda bu gün, 7 fevral tarixində APA məlumat verib.
Əbdülvahab Salamzadə küçəsini keçən Pakistan vətəndaşı, 49 yaşlı Cahangir Xan Həzrəti Seyidi “Toyota Prius” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.
Sürücü Orxan Məmmədov saxlanılıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
[URIS id=89647]