Paytaxtın Yasamal rayonunda avtomobildən oğurluq edilib. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini M.Cəfərov adıçəkilən rayon ərazisində dayanan “Toyota” markalı avtomobildən 2 ədəd telefon oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.