Paytaxtın Yasamal rayonunda polis maşını qəzaya düşüb. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
A.M.Şərifzadə küçəsində “Honda” markalı nəqliyyat vasitəsi mühafizə polisinə məxsus “Hyundai” markalı avtomobillə toqquşub. Nəticədə hər 2 nəqliyyat vasitəsinə ziyan dəyib.
Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_89989" align="alignnone" width="640"]
Foto apa.az[/caption]