Paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində avtomobil yanıb. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Prius” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman idarəetmədən çıxıb və yol kənarındakı səkiyə çarpılıb. Nəticədə minik avtomobili alışıb. Onun mühərrik və idarəetmə lövhəsi kül olub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.