Zaqatalada bir gün əvvəl yoxa çıxan iki turistin yeri müəyyənləşib. Bu haqda Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib.
Hazırda onların təxliyyə edilməsi üçün tədbirlər görülür.
09:38 Zaqatala dağlarında iki Bakı sakini itkin düşüb
Zaqatala rayonunun Qəbizdərə kəndinin meşəlik ərazisində yerləşən şəlaləyə gedən iki Bakı sakini itkin düşüb. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Verilən məlumata görə, ötən gün saat 14:00 radələrində Bakıdan gələn iki turist meşəlik ərazidə azıb. Rayon Polis Şöbəsinin, FHN-in, ETSN-in və ərazini tanıyan yerli sakinlərin də iştirakı ilə onların axtarışları aparılır.
İtkin düşənlərin şəxsiyyətləri hələ açıqlanmayıb.