Azərbaycanın tanınmış jurnalisti, ekspert-iqtisadçı Fuad Əlizadə vəfat edib. Bu haqda bu gün, 29 dekabr tarixində “Report” xəbər verib.
53 yaşlı F.Əlizadə bu gün səhər saatlarında dünyasını dəyişib, onun ölümünə səbəb koronavirus infeksiyası olub.
Əlizadə dekabrın 10-da koronavirusa yoluxub. O, müalicəni “Yeni Kinika”da alırdı.
Fuad Əlizadə “Zerkalo” qəzetində şöbə müdiri olub, son vaxtlar CBC televiziyasında işləyib.