Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Patrul.az-a istinadən xəbər verir.
Adıçəkilən prospektdə 4 avtomobil toqquşub. Zəncirvari qəza nəticəsində xəsarət alan olub, ərazidə sıxlıq yaranıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırmalar aparılır.