Bakı məktəblərinin birində Fikrət Əmirovun yubileyi keçiriləcək. Bu haqda 19 aprel tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
Aprelin 25-də 5 nömrəli uşaq incəsənət məktəbində görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əsl Melodist" adlı tədbir keçiriləcək.
Bundan əvvəl, 15 aprel tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində bəstəkarın yubileyinə həsr olunmuş gecə keçirilmişdir.