top
Bakıda 7-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı baş tutacaq
02 avqust 2024, 07:44
- ↺ +

Bakıda 7-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı baş tutacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oktyabrın 2-dən 6-dək Bakıdakı “Azərbaycan” kinoteatrında Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə “ANİMAFİLM” VII Beynəlxalq Animasiya Festivalı keçiriləcək. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Azərtac.az-a istinadən məlumat verir.

Bu il festivala 2 beynəlxalq və 2 yerli kateqoriya üzrə 37 ölkədən 196 film daxil edilib. Seçim komissiyası bütün filmləri qiymətləndirib və 18 ölkədən 48 filmin müsabiqədə iştirakını məqbul hesab edib. Bunlardan 12 film yerli, 36 film isə beynəlxalq kateqoriyalar üzrə yarışacaq.

Demetrios Poursanidis (Yunanıstan), Niti Ramloqan (ABŞ), Nəzrin Ağamalıyeva, Elşən Cəbrayılzadə, Məsud Əlisoy, Vəfa Piriyeva (Azərbaycan) ilə təmsil olunan festivalın seçim komitəsi müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını açıqlayıb.

Müsabiqəyə seçilən filmlər beynəlxalq münsiflər heyəti və tamaşaçılar tərəfindən qiymətləndiriləcək və qaliblər 7-ci “ANİMAFİLM” festivalının bağlanış mərasimində elan ediləcək. Münsiflər heyətinin üzvləri tezliklə açıqlanacaq.

Qaliblər üçün nəzərdə tutulmuş mükafatlar – Beynəlxalq müsabiqənin “Ən yaxşı qısametrajlı animasiya filmi – Grand Prıx”, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi”, Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi”, “Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi”, “Tamaşaçı rəğbəti” mükafatı və “Tərəfdaşların xüsusi mükafatları”.

Festivalın proqramı və bilet satışı sentyabr ayında açıqlanacaq.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər