Bakıda Aleksandr Blokun xatirəsinə ədəbi gecə keçirilib. Gecə İrana Qasımovanın təşkilatmılığı ilə baş tutub. Bu haqda 22 oktyabr tarixində Oxu.az xəbər verib.
Tədbir Azərbaycan Yazıçılar Birliyinin binasında keçirilib. Burada məşhur Xalq yazıçısı Çingiz Abdullayev də iştirak edib. O, öz çıxışında Blok yaradıcılığının əsas mərhələlərindən danışıb və şairin ölümündən düz 100 il keçdiyini qeyd edib.
Gecədə çıxış edənlər şairin yaradıcılığı barəsində təəssüratlarını bölüşüblər və onun ən məşhur əsərlərindən parçalar deyiblər.
İrana Qasımova poeziya gecələrinin davamlı olacağını bildirib.