“Kurtlar Vadisi”nin “Güllü Erhan”-ı Bakıda sevənləri ilə görüşəcək. Bu haqda BakuPlus.az bu gün, 30 aprel tarixində xəbər verir.
Türkiyənin məşhur aktyoru Erhan Ufak Bakı Gənclər Mərkəzində açıq dərs seminarı keçəcək.
14 may tarixində baş tutacaq dərs saat 15:00-da başlayacaq.
Filmlərdə çəkilmək, ulduz kimi parlamaq, arzusunda olduğu filmlərin baş qəhrəmanına çevrilmək istəyən yaşından aslı olmayaraq hər kəs görüşdə iştirak edə bilər.