Bakıda keçirilən 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının finalistləri bəlli olub. Bu haqda festivalın rəsmi saytı məlumat yayıb.
Film müəllifləri Beynəlxalq müsabiqədə “Qızıl Nar” uğrunda yarışacaqlar. Festivalda Türkiyə, Rusiya, Avstriya, İtaliya, Misir, Vyetnam və başqa dünya ölkələri iştirak edir.
CINEMA Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən 2004-cü ildə təsis edilən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı əvvəlki illərdə START BQFF adı ilə fəaliyyət göstərib.Hər il dünyanın müxtəlif ölkələrindən göndərilən 1500-dən çox film arasından ən maraqlıları seçilərək festivalın proqramına daxil edilir.